Bakıda sex və ətrafındakı maşınlar yandı

11:13 - 04 May 2023

Bakıda sex və ətrafındakı maşınlar yandı

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a bildirilib ki, yüksək temperaturdan sexin qarşısında təmirə dayanan "Mersedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hunday" markalı minik avtomobilinin arxa hissəsi yanıb.

Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az