Ötən gün ürək tutması keçirən və reanimasiyaya yerləşdirildiyi bildirilən Mircea Luceskonun bu gün vəfat etdiyi iddia edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə ilə Rumıniya arasında oynanan milli oyun sonrası Rumıniyada xəstəxanaya aparılan Mircea Luceskoya ritm pozulması diaqnozu qoyulub.
Rumıniyalı məşqçinin yaxınlarından verilən məlumata görə, Mircea Lucesko həyatdadır və müalicəsi reanimasiyada davam edir.
Qeyd edək ki, Mircea Lucescu karyerası boyunca daha əvvəl Azərbaycan Milli Futbol Komandasının, eləcə də Türkiyənin "Qalatasaray" və "Beşiktaş" klublarının məşqçisi olub.