ATƏT PA-nın prezidenti Bakıya konfransa gəldi

10:25 - 22 May 2023

ATƏT PA-nın prezidenti Bakıya konfransa gəldi

Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilir.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, konfrans ATƏT Parlament Assambleyası (PA) və Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə baş tutur.

Tədbirdə ATƏT PA-nın prezidenti Marqarita Sederfelt, Milli Məclisin sədri Sahibə Qafarova, deputatlar və xarici rəsmi şəxslər iştirak edir.

Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri keçiriləcək.

Tədbirin rəsmi bağlanış mərasimi sabah Bakıda olacaq. Daha sonra konfrans iştirakçıları Zəngilan rayonunun Ağalı kəndinə yola düşəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az