Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başladı

10:50 - 23 May 2023

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başladı

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

 

Bu barədə Müdafiə Nazirliyindən Manset.az-a məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az