Vilyam Hacıyevin 5 milyonluq əmlakı ilə bağlı yekun QƏRAR

12:36 - 24 May 2023

Vilyam Hacıyevin 5 milyonluq əmlakı ilə bağlı yekun QƏRAR

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin kasasiya şikayəti üzrə məhkəmə başa çatıb.

 

Manset.az xəbər verir ki, onun müsadirə olunmuş əmlaklarının qaytarılması ilə bağlı etdiyi müraciətə sonuncu instansiya olan Ali Məhkəmədə baxılıb.

Qərara əsasən, əvvəlki instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bununla da sabiq icra başçısının 5 milyon 344 min manatlıq əmlakının müsadirəsi və dövlət nəfinə keçirilməsi ilə bağlı bütün məhkəmə prosesləri bitmiş olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az