Marketə silahlı basqın edən şəxsə AĞIR CƏZA

09:51 - 30 May 2023

Marketə silahlı basqın edən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda marketə silahlı basqın etməkdə təqsirləndirilən Sübhan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Nizami rayonu Qara Qarayev prospektində baş verib. Naməlum şəxs marketdə satıcını bıçaqla hədələyərək 300 manat pulu quldurluq yolu ilə ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Sübhan Quliyev saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az