Kılıçdaroğlu siyasətdən gedəcək? - Açıqlama

10:28 - 30 May 2023

Kılıçdaroğlu siyasətdən gedəcək? - Açıqlama

Dünən Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cumhur İttifaq"ın namizədi Rəcəb Tayyib Ərdoğan 52,14 faiz səslə qalib gəldi.

 

Məğlub olmuş Cümhuriyyət Xalq Partiyası sədri Kamal Kılıcdaroğlu 6 dəqiqəlik çıxışı ilə uğursuzluğunu etiraf etdi və partiya başqanlığınıtərk etməyəcəyini söylədi. Lakin ekspertlər bu məğlubiyyətin K.Kılıçdaroğlunun siyasi karyerasının sonu olduğunu bildirirlər. Onların fikrincə, Kılıçdaroğlu tezliklə CHP rəhbərliyindən getməli olacaq.

Manset.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Kamal Kılıçdaroğlunun növbəti seçkidə iştirak edəcəyi gözlənilən deyil.

Onun sözlərinə görə, CHP liderinin etdiyi səhvlər Türkiyə xalqı tərəfindən qəbul edilmədi:

“Kamal Kılıçdaroğlu dövrü artıq bitdi. Həm yaş, həm də dəfələrlə Rəcəb Tayyib Ərdoğana məğlub olması baxımından Kılıçdaroğlunun siyasi karyerasına böyük zərbə dəydi. Dünən Cümhuriyyət Xalq Partiyasının binası önündə keçirilən aksiya bunu bir daha sübut etdi. Hər halda siyasətdə məğlub olmağı və vaxtında səhnədən getməyi bacarmaq lazımdır. Kılıçdaroğlunun seçki qabağı etdiyi seçimlər və proqramindakı boşluqlar onu məğlubiyyətə apardı. Seçkilər onu göstərdi ki, Türkiyə xalqının əksəriyyəti onu qəbul etmir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az