Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq

15:19 - 20 İyun 2023

Həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq

Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, bu gün mövcud qanunvericiliyə əsasən antibiotik reseptlə verilsə də, lakin bu tələbə riayət edilmir:

“Hesab edirəm ki, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək. Eyni zamanda dərman vasitələri ilə bağlı qiymət fərqi kəskin olan siyahıda qida əlavələri üstünlük təşkil etmir. Sadəcə, həmin əlavələr dərman siyahısında verilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az