Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.
Bu, Hüseyn Saud Vasif oğlu və Abdullayev Emil Rasim oğludur. Onlar imtahanda maksimal - 400 bal toplayıblar.