Bakıda küləyin maksimal sürəti 22 m/s-yə çatıb - FAKTİKİ HAVA

22:46 - 20 İyun 2023

Bakıda küləyin maksimal sürəti 22 m/s-yə çatıb - FAKTİKİ HAVA

İyunun 20-si axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran və Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

 

Manset.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, leysan yağışlar nəticəsində Göygöl rayonunun Sarısu kəndində Vegen çayından, Goranboy rayonu ərazisində yerləşən Gorançay və Göl qəsəbəsindən sel keçib. Axşam saat 16:10 radələrində Göygöl rayonuna xırdadənəli, Şərura saat 17:55, 17:58 radələrində diametri 5 mm olan dolu düşüb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 22 m/s-yə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az