Bakıda ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı

09:31 - 21 İyun 2023

Bakıda ruhi xəstə 11 yaşlı oğlanı bıçaqladı

Dünən saat 18 radələrində Sabunçuda azyaşlı bıçaqlanıb.

 

Manset.az xəbər verir ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Həsənov Sərkar Ağamirzə oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 2012-ci il təvəllüdlü Məmmədli Ömər Rufis oğlunu bıçaqlayıb. O, azyaşlının yoldan keçən qadınlara söz atması ilə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunun qarın nahiyəsinə 1 dəfə bıçaqla vuraraq daxilə nüfuz edən xəsarət yetirib.

Faktla bağlı CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az