“Azərbaycandan delimitasiya ilə bağlı müsbət cavab almışıq” - Paşinyanın müavini

15:01 - 21 İyun 2023

“Azərbaycandan delimitasiya ilə bağlı müsbət cavab almışıq” - Paşinyanın müavini

“Ermənistan Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alıb”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jusnalistlərin suallarına cavab verərkən söyləyib.

Lakin Mqer Qriqoryan iclasın konkret nə zaman baş tutacağını qeyd etməyib:

“Danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur, amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Həmçinin, İrəvan və Bakı Arazdəyən-Horadiz dəmiryolunun işə salınması ilə bağlı yekun konsensus əldə ediblər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az