Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə yenidən ziyan vurulub.
Manset.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə 2 gün öncə - iyulun 1-də Bakı Bulvarında qeydə alınıb. Videoda naməlum qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir verməyiblər.
Sözügedən videonu təqdim edirik: