Sevgilisinə görə 1 yaşlı körpəsini öldürən anaya HÖKM OXUNDU - VİDEO

14:59 - 10 İyul 2023

Sevgilisinə görə 1 yaşlı körpəsini öldürən anaya HÖKM OXUNDU - VİDEO

Bakıda 1 yaşlı körpəsini boğaraq öldürməkdə təqsirləndirilən 21 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, N.Bağıyeva 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Bağıyeva uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Nərgiz Bağıyeva məhkəmədə verdiyi ifadəsində kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəldiyini bildirmişdi.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az