Yayın ortasında Zaqatalada göl buz bağladı - FOTO/VİDEO

21:18 - 10 İyul 2023

Yayın ortasında Zaqatalada göl buz bağladı - FOTO/VİDEO

Azərbaycanda göl buz bağlayıb.

 

Manset.az bildirir ki, bu barədə lent.az-a dağçı Elvin Məmmədov (Rutidu Elvin) məlumat verib.

Bir müddət əvvəl Azərbaycan-Dağıstan sərhədinin Zaqatala rayonu ərazisinə düşən hissəsində yerləşən Xalaxı gölünə (Xalaxel) səfər edən E.Məmmədov əraziyə qar yağmasının, gölün isə buz bağlamasının şahidi olub. 

Dağçı qarşılaşdığı mənzərənin fotosunu da təqdim edib. 

Qeyd edək ki, Xalaxı gölü Böyük Qafqaz sıra dağlarının cənub ətəyində Böyük və Kiçik Samalit zirvələri arasında dəniz səviyyəsindən 3060 metr yüksəklikdə yerləşir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az