Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi

16:33 - 11 İyul 2023

Penitensiar xidmət polislə birgə əməliyyat keçirdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasının, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları birgə əməliyyat keçiriblər.
 

Penitensiar xidmətdən Manset.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ceyhun Tahir oğlu Cəfərzadə tərəfindən Nərimanov rayonu Ziya Bünyadov 100 ünvanında yolun kənarında gizlədilmiş ümumi çəkisi 300 qram olan metamfetamin və heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az