Arazda batanlar ata və 4 yaşlı oğlu imiş... - YENİLƏNDİ

17:56 - 11 İyul 2023

Arazda batanlar ata və 4 yaşlı oğlu imiş... - YENİLƏNDİ

Manset.az xəbər verir ki, APA-nın məlumatına görə, çayda batan şəxslər ata və oğlu olub.

Belə ki, çayda çimərkən boğulanlar 33 yaşlı Əliyev Asif Ələsgər oğlu və onun 4 yaşlı övladı Əliyev Rəvan Asif oğludur.

Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir.

***

Batan 2 nəfərdən birinin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Manset.az xəbər verir ki, gigər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.

Manset.az xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az