Mehmanxana və dayanacaqların vergiyə cəlb edilməsində yaranmış çətinliklər müzakirə olundu - FOTOLAR

17:11 - 13 İyul 2023

Mehmanxana və dayanacaqların vergiyə cəlb edilməsində yaranmış çətinliklər müzakirə olundu - FOTOLAR

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının (ABMA) təşkilatçılığı ilə “Bələdiyyə büdcəsinin formalaşdırılmasında yerli ödənişlərin əhəmiyyəti: mövcud problemlər və onların həlli yolları” mövzusunda müzakirələr aparılıb.

 

Manset.az xəbər verir ki, ABMA-nın inzibati binasında baş tutan görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsul şəxsləri ilə yanaşı 50-dən artıq bələdiyyə nümayəndələri iştirak edib.

Müzakirlərin əsas məqsədi  mehmanxana, turizm obyektləri və dayanacaqların vergiyə cəlb edilməsində yaranmış çətinlikləri tam aradan qaldırmaq və obyekt sahiblərinin bu sahədə maarifləndirilməsinə dəstək verməkdir.

Görüşdə mehmanxana və dayanacaqların vergiyə cəlb edilməsində ödəniş obyektlərinin uçotunun aparılması və həmin obyekt üzrə yerli ödənişlərin bələdiyyə büdcəsinə daxil edilməsi mexanizmləri ətraflı müzakirə edilib.

ABMA -nın mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, mehmanxana və dayanacaqların qeydiyyata durmaqdan yayınması halları artıb. Belə ki, uçota alınmış obyektlər hesabat verməkdən yayınır, hesabat dövründə ödənişlərini ödəmirlər və ya real göstəricidən az ödəyirlər.

ABMA-nın nəzdindəki “Bələdiyyələrin Onlayın Xidmət Mərkəzi”-nin direktoru Adil Əhmədov bildirib ki,vergi orqanları ilə əməkdaşlıq səviyyəsinin artırılması məqsədilə bu cür görüşlərin keçirilməsi bu sahədəki çətinlikləri  aradan qaldıracaq, bu hal bələdiyyələrin maliyyə vəziyyətinin xeyli dərəcədə yaxşılaşdırılmasına təkan verəcək.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaların nümayəndəsi, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli çıxışında  Milli Assosiasiyalar tərəfindən bələdiyyələrdə vergi uçot sisteminin  düzgün qurulmasından danışıb. İçraçı katib qeyd edib ki, müvafiq dövlət qurumları ilə bir araya gəlib müzakirələr aparılması bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinə kömək məqsədi daşıyır.

Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri bildiriblər ki, bu cür görüşlərin mütəmadi olaraq davam etdirilməsi bələdiyyələrdə vergi - uçot sisteminin düzgün qurulmasına şərait yaradacaq


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az