Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.
Universitetdən manset.az-a verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.
Nazirin digər əmri ilə ADNSU-nun Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.
Vazeh Əskərov Azərbaycan Dillər Universitetində bakalavr, Fransanın Marc Bloch Universitetində 2 magistr, Strasburq Universitetində doktorluq təhsili alıb.
Qeyd edək ki, bundan əvvəl ADNSU-nun rektoru Mustafa Babanlı idi. O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmişdi.