Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın 236 590 hərbçisi zərərsizləşdirilib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 097 tank, 8 008 zirehli maşın, 4 449 artilleriya sistemi, 680 reaktiv yaylım atəşi sistemi, 423 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 783 PUA, 1 273 qanadlı raket, 18 gəmi/qayıq, 7 019 avtomobil texnikası və avtosistern, 662 xüsusi texnikadan ibarətdir.
