Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönəcək

11:23 - 14 İyul 2023

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən geri dönəcək

“Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək”.

 

Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün birnəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az