“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edəcək

12:33 - 14 İyul 2023

“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edəcək

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Manset.az xəbər verir ki, iyulun 17-də Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək.

Saat 11:00-da başlayacaq qəbul üçün vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az