Bakıda dənizdə batma təhlükəsində olan 49 yaşlı qadın xilas edildi - VİDEO

09:49 - 15 İyul 2023

Bakıda dənizdə batma təhlükəsində olan 49 yaşlı qadın xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində bir qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az