Gəncədə itkin düşən yeniyetmə Bakıda tapıldı

12:16 - 16 İyul 2023

Gəncədə itkin düşən yeniyetmə Bakıda tapıldı

İyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2009-cu il təvəllüdlü F.Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq axtarış tədbirləri nəticəsində F.Məmmədovun yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az