Braziliya millisinin sabiq qapıçısı Azərbaycan klubunda?

13:10 - 17 İyul 2023

Braziliya millisinin sabiq qapıçısı Azərbaycan klubunda?

Heyətinə əcnəbi qapıçı cəlb etmək istəyən “Zirə” axtardığını Portuqaliyada tapıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt klubu “Aroka”nın qolkiperi Tyaqu Silvanın xidmətində maraqlıdır.

29 yaşlı braziliyalının hazırkı komandası ilə gələn ilin yayına qədər müqaviləsi olsa da, heyətə çox düşə bilməməsi səbəbindən klubunu dəyişmək niyyətindədir. “Aroka”nın onun “Zirə”yə keçidinə mane olmayacağı bildirilir.

Qeyd edək ki, Braziliyanın “Flamenqo” klubunun yetirməsi olan T.Silva avropada “Aroka”dan əlavə digər Portuqaliya klubu “Eştoril”in formasını geyinib. O, Braziliya U-17 millisində iki oyun keçirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az