“Su-25” hücum təyyarəsi Krasnodar diyarının Şerbinovski rayonunda qəzaya uğrayıb. Qəzada pilot həlak olub.
Manset.az xəbər verir ki, şahidlərin sözlərinə görə, təyyarə Azov dənizinin şimal-şərqindəki Yeysk Liman körfəzinə düşüb. Hazırda xilasetmə xidmətləri mərkəzi çimərliyə toplaşıb, vertolyotlar səmada dövrə vurur.
Yeyskdə təyyarənin qəza anı sahildə dincələn insanlar tərəfindən lentə alınıb.