Doğuş üçün ən təhlükəsiz yaş həddi hansıdır?

21:53 - 17 İyul 2023

Doğuş üçün ən təhlükəsiz yaş həddi hansıdır?

Alimlər doğum üçün ən təhlükəsiz yaş aralığını açıqlayıblar.

 

Manset.az xəbər verir ki, Macarıstanın Semmelweis Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaş aralığının 23-32 olduğunu ortaya çıxarıblar.

Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ana yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil ediblər.

“Doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığını” təyin etməyə çalışan tədqiqatçılar 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu müəyyən ediblər.

Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələr Daun sindromu, ürək xəstəliyi, dodaq və damaq yarığı kimi xəstəliklərlə daha çox qarşılaşırlar.

Gənc yaşda dünyaya gələn anaların körpələrində dodaq və damaq yarığı riskinin yüzdə 9, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin yüzdə 45 olduğu bildirilib.

Gənc yaşda dünyaya gələn anaların körpələrində anadangəlmə həzm sistemi pozğunluqları riskinin 23-32 yaş aralığı ilə müqayisədə 23 faiz, 32 yaşdan yuxarı doğum edən qadınların körpələrində isə bu nisbətin 15 faiz daha çox olduğu müəyyən edilmişdir. 

Əvvəlki tədqiqatlar genetik pozğunluqlar və ananın yaşı arasındakı əlaqəni təsdiqləsə də, qeyri-xromosom anomaliyaları ilə ananın yaşı arasındakı əlaqəyə dair tədqiqatlar yoxdur.

Qeyd edək ki, araşdırmanın nəticələri “BJOG” elmi jurnalında dərc olunub.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az