İsmayıllıda selə düşən avtomobilin SON HALI - VİDEO

13:31 - 18 İyul 2023

İsmayıllıda selə düşən avtomobilin SON HALI - VİDEO

Ötən gün İsmayıllıda selə düşən avtomobillə bağlı yeni görüntülər ortaya çıxıb.

 

Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə avtomobilin yarasız vəziyyətə düşməsi öz əksini tapıb.

Qeyd edək ki, İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb. Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlar nəticəsində Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.

Görüntüləri təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Manset.az (@manset.az)'in paylaştığı bir gönderi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az