Bakıda "domafon"a görə hər ay niyə pul yığılır?

22:14 - 19 İyul 2023

Bakıda \"domafon\"a görə hər ay niyə pul yığılır?

Son dönəmlər Bakıda yerləşən binaların təhlükəsizliyinin təmini məqsədilə blokların girişində domafon sistemləri qurulur. Bu sahə üzrə bir neçə şirkət fəaliyyət göstərir.

 

Manset.az xəbər verir ki, vətəndaşlar Trend-ə bildiriblər ki, bu şirkətlərdə demək olar ki, şərtlər eynidir. Domafon quraşdırılması üçün hər mənzildən 60-80 azn arasında ödəniş alınır, daha sonra isə aylıq olaraq hər mənzil sahibi 2-3 manat aralığında aylıq ödəniş etməlidir. Əks təqdirdə həmin mənzil üçün domafon işləməyəcək, bundan əlavə olaraq isə əgər domafondan istifadə üçün açarları kimsə almaq istəsə bu zaman bir açar üçün 5 azn ödəniş etməlidir.

Vətəndaşlar aylıq ödənişin alınmasının əssasız olduğunu bildirirlər. Beləki sakinlər vurğulayır ki, onlar domafonun quraşdırılması üçün birdəfəlik ödəniş ediblər, aylıq ödənişə isə heç bir servis haqqı daxil deyil. Əgər domafon zədələnərsə, yararsız vəziyyətə düşərsə sakinlərdən yenidən əlavə ödəniş tələb olunur.

Sözügedən şirkətlərdən birindən aldığımız məlumata görə isə domafon sistemi qarşılıqlı razılıq əsasında qurulur. Sakinlər və şirkət arasında müqavilə bağlanır və və domafon sistemi quraşdırılır.

"Domafon istifadəsi üçün nəzərdə tutulan telefon dəstəkləri sakinlərin öz səhlənkarlılğı nəticəsində zədələnərsə bu zaman abunəçinin hesabına bərpa olunur. Digər hallarda isə şirkət özü dəymiş zərəri qarşılayır", -deyə şirkətdən qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az