“ChatGPT”nin analoqu yaradıldı

15:41 - 21 İyul 2023

“ChatGPT”nin analoqu yaradıldı

ABŞ-nin “Apple” korporasiyası öz çatbotunu yaradıb. “Ajax” adlanan süni intellektə malik generativ söhbət botu IT nəhənginin mühəndisləri tərəfindən 2022-ci ildə hazırlanıb. “Ajax” freymvorku “Siri” səsli köməkçisinin və mülkiyyətçi xəritəçəkmə xidmətinin işində də istifadə olunur.

 

Manset.az xəbər verir ki, çatbotun işə salınmasının əsas səbəbi “Apple” mühəndislərinin “ChatGPT”dən iş məqsədləri üçün istifadə etməsi olub. Bu baxımdan, şirkətin məxfi məlumatları ictimaiyyətə açıq ola bilərdi.

Məlumata görə, “Apple” əməkdaşları artıq yeni məhsulların prototiplərini yaradan zaman bu alətdən istifadə etməyə başlayıblar.

O da bildirilir ki, sistemə daxil olmaq üçün xüsusi icazə tələb olunur və “ChatGPT” analoqundan hər işçinin istifadəsinə icazə verilmir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az