Milli parklarda gözlənilən hava PROQNOZU

16:43 - 21 İyul 2023

Milli parklarda gözlənilən hava PROQNOZU

İstirahət günlərində (iyulun 22-23-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Samur–Yalama milli parkı ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34°isti olacaq.

Altıağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 22-də gündüz yağış yağacağı ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° isti olacaq.

Ağgöl milli parkında hava yağmursuz olavaq, sabit hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkında sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

Göygöl milli parkında da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 22-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

Hirkan milli parkında isə sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az