Araşdırmalara görə sosial şəbəkələrdən dünyada əhalinin 60 faizindən çoxu istifadə edir.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu təxminən beş milyard insanın sosial şəbəkələrdən fəal istifadə etməsi deməkdir.
Sosial şəbəkələrin istifadəçilərinin sayı 2022-ci ildən bəri 3,7 faiz artıb. İnsanların sosial mediada keçirdikləri vaxt da gündə orta hesabla 2 saat 26 dəqiqəyə yüksəlib. Sosial şəbəkələrdə ən aktiv vaxt keçirənlər isə 16-24 yaş arası qadınlardır.
Tədqiqatçıların fikrincə, insanların sosial şəbəkələrdə keçirdikləri vaxt yaşadıqları ərazidən əhəmiyyətli dərəcədə asılıdır. Məsələn, Şərqi və Mərkəzi Afrikada hər 11 nəfərdən yalnız biri sosial şəbəkələrdən istifadə edir.