Bakıda məşhur sabiq nazirin əllərinin heykəli hazırlandı - FOTO

15:49 - 25 İyul 2023

Bakıda məşhur sabiq nazirin əllərinin heykəli hazırlandı - FOTO

Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun əllərinin heykəli hazırlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Misir Mərdanov sosial media hesabında məlumat verib.
O qeyd edib ki, əllərinin heykəli “Danışan əllər” layihəsi çərçivəsində hazırlanıb:

“Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar onun rəhbərliyi altında çalışmış insanların əllərinin heykəlləri yaradılıb. Yaxın zamanlarda bu heykəllərin sərgisinin keçirilməsi də planlaşdırılır. Fürsətdən istifadə edərək “Danışan əllər” layihəsinin müəlliflərinə və layihənin yaradıcılarına təşəkkür edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzu edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az