Əlilliyə əsas verən meyarların sayı artırıldı

17:57 - 27 İyul 2023

Əlilliyə əsas verən meyarların sayı artırıldı

Əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bununla bağlı "Əlilliyin müəyyən olunması meyarları"nda dəyişiklik edilib.

Dəyişikliklə bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti artırılıb və ya "müddətsiz" olaraq qeyd olunub.

Həmçinin 18 yaşadək birinci tip şəkər xəstəsi uşaqlarda ağırlaşmalarla bağlı tələb, əqli geriliyi olan 8 yaşadək uşaqlarda IQ test tələbi aradan qaldırılıb.

Xromosom anomaliyalı xəstəliklər üzrə orqanizmin funksiyalarının pozulma faizinin minimum həddi artırılaraq 65% və daha yüksək olaraq müəyyənləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az