“Azərbaycanın hər gün daha da möhkəmlənən beynəlxalq mövqeləri, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunan siyasi və iqtisadi nailiyyətlər getdikcə daha çox ölkənin, hətta Çin kimi qlobal güc olan dövlətlərin belə ölkəmizə maraq və diqqətini artırır. Qeyd olunmalıdır ki, “China Media Group” media korporasiyasının əməkdaşının dövlətimizin başçısına ünvanladığı suallardan açıq-aşkar məlum olur ki, beynəlxalq ictimaiyyətin ümumilikdə ölkəmizlə yanaşı konkret olaraq Prezident İlham Əliyevin şəxsiyyətinə olan marağı da çox yüksəkdir. Bu, ilk növbədə, möhtərəm dövlət başçımızın şəxsi liderlik keyfiyyətləri, siyasi iradəsi və diplomatik məharəti nəticəsində formalaşan münasibətdir.” Çin kimi dünyanın ən güclü iqtisadiyyatlarından birinə, bəlkə də birincisinə sahib olan bir dövlətin nüfuzlu media təmsilçisinin Azərbaycanın dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda həssas rol oynayaraq böyük nailiyyətlər əldə etdiyini, iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yarada bildiyini söyləməsi, birmənalı olaraq, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun təntənəsinin etirafıdır”.
Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputatın fikrincə, Çinin təkcə məhdud siyasi və iqtisadi dairələrində deyil, həmçinin geniş ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin çıxış və müsahibələri izlənilir və yüksək qiymətləndirilir. “İki il bundan öncə möhtərəm dövlət başçımızın BBC-nin jurnalistinə verdiyi müsahibəni xatırlayan “China Media Group”-un müxbiri həmin müsahibədən sonra Çin ictimaiyyətində Qərblə münasibətdə maraqların tarazlaşdırılması üçün bir ölkə rəhbərinin məhz bu cür addım atmalı olduğuna dair fikir formalaşdığını deməklə, Prezident İlham Əliyevin onların ölkəsində də siyasi lider kimi böyük nüfuza sahib olduğunu etiraf etmiş oldu.”
Deputat Prezident İlham Əliyevin müsahibəsində vacib məqamlardan biri kimi, Azərbaycan-Çin münasibətlərinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri barədə deyilənləri qeyd edib: “Azərbaycan-Çin dostluq münasibətlərinin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu faktı Çin ictimaiyyətində də yaxşı bilirlər və buna görə Ulu Öndərimizin xatirəsini ehtiramla yad edirlər. Prezident İlham Əliyevin dediyi kimi, Ümummilli Lider Heydər Əliyev Çinə etdiyi səfərləri, bu ölkənin rəhbərləri ilə keçirdiyi görüşləri ilə dövlətlərimiz arasında əməkdaşlığın çərçivəsini yaratmışdır. Bu gün həmin münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edərək dostluq əlaqələrinə çevrilib. Çinli jurnalist Ulu Öndərin onların ölkəsinə rəsmi səfərləri zamanı rəsmi proqramdan əlavə sadə çinli ailələrlə görüşdüyünü, onların həyatı ilə maraqlandığını bildirdi. Hələ SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı vaxtlardan Çini yaxşı tanıyan Ümummilli Liderimiz artıq müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra bu ölkə ilə ikitərəfli münasibətlər qurmağı özünün xarici siyasət prioritetlərindən birinə çevirmişdi.”
K.Qafarov Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin böyük inkişaf perspektivlərinə malik olduğuna dair ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Möhtərəm dövlət başçımız öz müsahibəsində bildirmişdir ki, Azərbaycan-Çin münasibətləri bu gün əla səviyyədədir və ikitərəfli əlaqələrin geniş gündəliyi, əməkdaşlığın çox aydın perspektivləri vardır. Ölkələrimizin əksər siyasi və iqtisadi məsələlərdə mövqeləri üst-üstə düşür. İki ölkə arasında qarşılıqlı ticarətin həcmi getdikcə artır və bu sahənin də böyük potensialı var. Xüsusilə yeni nəqliyyat marşrutları ölkələrimizin gələcəkdə daha da yaxınlaşmasında böyük rol oynayacaqlar. Əlbəttə ki, bu məqam regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Dövlət başçımızın dediyi kimi, ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını daha da gücləndirir”.
“Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub” - Kamaləddin Qafarov
11:18 - 29 İyul 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
12 Noyabr 2026 - 23:09
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
12 Noyabr 2026 - 22:53
İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü
13 Noyabr 2026 - 11:35
Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa
13 Noyabr 2026 - 18:12
Aynur Elgünəş əməliyyat olundu
13 Noyabr 2026 - 19:45
Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
13 Noyabr 2026 - 16:46
3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
13 Noyabr 2026 - 10:40
Meyiti tapılan Mirzəcan kişi ilə bağlı YENİ DETALLAR
12 Noyabr 2026 - 23:54
Meloni İlham Əliyevlə məsləhətləşdi
12 Noyabr 2026 - 23:36
Türkiyə Belçikaya uduzdu
13 Noyabr 2026 - 00:30
Muslera karyerasını başa vurur?
13 Noyabr 2026 - 01:30
Kosmetoloji prosedur seçərkən dəri tipindən daha VACİB AMİL
13 Noyabr 2026 - 08:00
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi
Xəbər xətti
- 13 Noyabr 2026
- 22:16 Peru sahillərində zəlzələ baş verdi
- 21:52 Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı
- 21:33 O, oktyabrın ən yaxşısı seçildi
- 21:18 Yeraltı keçiddən istifadə etmədi - Həyatını itirdi - VİDEO
- 21:00 39 yaşlı kişi sirkə turşusundan zəhərlənib ÖLDÜ
- 20:44 Ağsuda ağır QƏZA - Azyaşlı xəsarət aldı
- 20:21 "Qurban Qurbanov əfsanədir" - Kaşuk
- 20:04 Biləsuvarda motosikletlə yük maşını toqquşdu - Ölən var
- 19:45 Tələbələrin fotolarını süni intellektlə düzəldib şantaj etdi - Saxlanıldı
- 19:32 İpoteka üçün müraciət edənlərin SAYI
- 19:24 Pərvanə Vəliyeva seçiciləri ilə görüşdü - FOTOLAR
- 19:11 Gürcüstanda həbs olunan Azərbaycan vətəndaşı ekstradisiya edildi
- 18:51 "Fabriora Group" Qırğızıstanla əməkdaşlığı genişləndirir - FOTO/VİDEO
- 18:43 Rey Kərimoğlu Mətbuat Şurasının NTK sədri seçildi - FOTO
- 18:33 Azərbaycan-Böyük Britaniya əlaqələri - Çoxşaxəli siyasi-strateji müstəvidə
- 18:26 Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatdı - VİDEO
- 18:12 Aynur Elgünəş əməliyyat olundu
- 18:08 “Görüşməyi sən istəmədin” - Zelenskidən Meloniyə CAVAB
- 18:02 Mikroavtobusla yük maşını toqquşdu - 23 nəfər həlak oldu
- 18:00 Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
- 17:55 İqlim dəyişikliyi səbəbilə bu bitki təmamilə məhv ola bilər
- 17:55 Azərbaycan əhalisi bu il pulunu nəyə xərcləyib? - STATİSTİKA
- 17:54 ABŞ-də beş böyük texnologiya şirkətinə qarşı süni intellektlə bağlı İDDİA
- 17:51 Bu şəhərin hava keyfiyyəti təhlükəli səviyyəyə çatdı
- 17:50 Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatdı
- 17:48 Azərbaycan Dublində bu 3 sənədə qoşulmadı
- 17:42 “FireWall 2026” hakatonuna start verilir
- 17:40 “Azərişıq”ın nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşdü - FOTOLAR
- 17:36 İşlədiyi evdə pələng hücum edərək öldürdü - Pakistanda dəhşətli hadisə
- 17:35 Tovuzda hamilə qadın bıçaqlandı
- 17:32 Bu qış dəhşətli soyuqlar gözlənilir
- 17:31 Küləklə bağlı XƏBƏRDARLIQ
- 17:27 ABŞ müdafiə naziri ona susmasını deyən hərbçini medalla təltif etdi
- 17:21 Çin və Tayvan arasında gərginlik artır
- 17:08 Kolumbiyada hərbi hissəyə PUA hücumu - 4 hərbçi həlak oldu
- 17:03 Dəmir yolları ilə sərnişindaşımada ən yüksək göstərici qeydə alınıb
- 16:57 ABŞ-nin İrana qarşı əməliyyatları davam etdirəcəyi ilə bağlı iddialar təkzib edildi
- 16:56 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi
- 16:51 ABŞ elan etdi - Rusiya hələ qərar vermədiyini açıqladı
- 16:46 3 nəfərin bıçaqlandığı kütləvi dava ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
- 16:39 "Səbəblərdən biri də İsraildir" - Trampdan ETİRAF
- 16:39 Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi
- 16:35 “Türkiyə NATO-nun əsas müttəfiqlərindən biridir” - Mark Rutte
- 16:30 ADSEA sədri Naxçıvanda vətəndaşlarla görüşdü - FOTOLAR
- 16:20 "Sabah" - "Neftçi" matçının vaxtı bəlli oldu
- 16:13 Bolqarıstanda fövqəladə vəziyyət elan olundu
- 16:10 "Azercell"in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
- 16:05 İcra başcısı qazini həbs elətdirdi
- 16:00 "Kristal"ın layihələrində “Geberit”in sistemlərindən istifadə olunacaq
- 15:53 Ombudsmanın Naxçıvan Regional Mərkəzi silsilə tədbirlər keçirdi - FOTOLAR
- 15:45 Meyvə şirəsi və enerji içkisi yükündə metamfetamin aşkarlandı