Xəzərdə üzən gəmilərə  XƏBƏRDARLIQ

23:43 - 29 İyul 2023

Xəzərdə üzən gəmilərə  XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi iyulun 29-dan Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq Şimal-Qərb küləyi ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Manset.az Agentlikdən verilən məlumata istinadən xəbər verir ki, iyulun 29-dan Xəzər dənizi akvatoriyasında başlayacaq külək iyulun 30-u səhər saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizə isə 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda 3,5-5,5 metrə çatacağı proqnozlaşdırılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az