Bu gün DİM növbəti imtahanlar keçirdi

15:26 - 30 İyul 2023

Bu gün DİM növbəti imtahanlar keçirdi

30 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən Manset.az-a verilən məlumata görə, hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanlarında yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı isə kompüterlər vasitəsilə elektron formada keçirilib və namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az