FHN “Megafun” əyləncə mərkəzində təlim keçirəcək

15:56 - 30 İyul 2023

FHN “Megafun” əyləncə mərkəzində təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Xətai rayonu, 8 Noyabr prospekti, 15 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzində “Baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 30 iyul 2023-cü il, saat 16:00 radələrində yanğın-taktiki təlim keçirəcək.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az