Vasif Talıbov və oğlu yenidən seçildilər

17:52 - 01 Avqust 2023

Vasif Talıbov və oğlu yenidən seçildilər

"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi" və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da var.

V.Talıbov Sosial siyasət komitəsinin, S.Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.

Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Sessiyada "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi" və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb.

Komitə sayı 6-dan 4-ə endirilib, 2-si ləğv edilib. Komitələr daimi fəaliyyət göstərəcək. Həmçinin sesiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az