Lerikdə dağda köməksiz qalanlar xilas olundu

21:34 - 12 Avqust 2023

Lerikdə dağda köməksiz qalanlar xilas olundu

Lerik rayonuna gəzintiyə gələn üç nəfərin çıxdıqları sərt dağlıq ərazidən düşə bilmədikləri - köməksiz vəziyyətdə qalmaları ilə bağlı polisə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər görülüb. Əməliyyat zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar.

Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməkliyi ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Xəsarət alan olmayıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az