Tovuzda xəstəxanada 4 günlük körpə ÖLDÜ

09:46 - 14 Avqust 2023

Tovuzda xəstəxanada 4 günlük körpə ÖLDÜ

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

 

Manset.az report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az