Qənirə Paşayeva dəfn olundu - YENİLƏNDİ (VİDEO)

10:52 - 29 Sentyabr 2023

Qənirə Paşayeva dəfn olundu - YENİLƏNDİ (VİDEO)

Millət vəkili torpağa tapşırıldı.

***

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili ilə vida mərasimi başlayıb. Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak edirlər.

Q.Paşayeva saat 11-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az