Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanov dəfn edilib - YENİLƏNDİ (FOTO)

13:16 - 29 Sentyabr 2023

Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanov dəfn edilib - YENİLƏNDİ (FOTO)

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Süleymanov Elşad Məmməd oğlu Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn edilib.

 

Manset.az report-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Elşad Süleymanov sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdam istiqamətində şahid olub.

11:27

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Süleymanov Elşad Məmməd oğlunun nəşi Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gətirilib.

Manset.az report-a istinadən xəbər verir ki, hazırda şəhidin ailə üzvlərinin yaşadığı evin önündə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin, sakinlər iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhid Balakürd kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elşad Məmməd oğlu Süleymanov ailəli olub. Onun 7 yaşlı oğlu, 5 yaşlı qızı var.

E.Süleymanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu idi. O, tankçı olaraq Vətən müharibəsi zamanı da döyüşlərdə iştirak edib.

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az