Zaqatalada qumbara partlayışında ölənlərin sayı artdı

09:23 - 02 Oktyabr 2023

Zaqatalada qumbara partlayışında ölənlərin sayı artdı

Zaqatalada qumbara partlayışında ölənlərin sayı 2-yə çatıb.

 

Manset.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı, rayonun Yengiyan kəndində yaşayan 1994-cü il təvəllüdlü Həmid Oruc oğlu Gülməmədovun əlində qumbara partlaması nəticəsində ağır yaralanan 32 yaşlı Məqsəd Rzayev xəstəxanada vəfat edib.

Hadisə zamanı ağır yaralanan 31 yaşlı İlqar Cumayevin müalicəsi davam etdirilir.

Qeyd edək ki, sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində qumbaranın partlaması nəticəsində Həmid Gülməmmədov hadisə yerində ölüb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az