"Barcelona" Lamin Yamal ilə bağlı qərar verdi

11:26 - 02 Oktyabr 2023

\"Barcelona\" Lamin Yamal ilə bağlı qərar verdi

"Barselona" 16 yaşlı futbolçusu Lamin Yamalla müqaviləni yeniləyib.

 

Manset.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O bildirib ki, "Barselona" Yamalın yeni müqaviləsini bu gün elan edəcək.

Futbolçunun sözləşməsinə bir milyard avro sərbəstqalma məbləği daxil edilib.

İspaniya La Liqasının bu mövsümündə Yamal 8 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az