Bakıda iki nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, ”112” qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.