Ölkə ərazisində qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

09:16 - 09 Oktyabr 2023

Ölkə ərazisində qeyri-sabit hava nə vaxta qədər davam edəcək?

Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

 

Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Küləyin maksimal sürəti arabir Daşkəsəndə 23, Mingəçevirdə 20, Qobustanda 19, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu oktyabrın 8-də Bakıda iqlim normasından 4.0 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 28 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək. Oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az