Qızıl bu gün 0,88% artaraq 1 unsiyası 1861,5 dollara çatıb.
Manset.az Marja.az-a istinadən xəbər verir ki, qiymətli metalın qiymətlərində artım İsraildə baş verən hadisələrlə bağlı narahatlığı əks etdirir.
Ərəb-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən artan geosiyasi risklər qızıl qiymətlərinin yüksəlməsinə səbəb olur.
İnvestorlar riskli aktivlərdən risksiz aktivlərə üz tuturlar.