1 yaşlı övladının qatili olan anadan ŞOK AÇIQLAMA: "Kişilərlə görüşə gedə bilmirdim - VİDEO

10:40 - 16 Oktyabr 2023

1 yaşlı övladının qatili olan anadan ŞOK AÇIQLAMA: \"Kişilərlə görüşə gedə bilmirdim - VİDEO

Hövsanda 20 yaşlı ananın övladını zəhərləyərək öldürməsinin təfərrüatları məlum olub.

 

Manset.az İctimai TV-ə istinadən xəbər verir ki, o, övladının südünə hidrogen peroksid tökərək həyatına son qoymaq istəyib.

“Uşağa südü verib çıxıb çölə ki, ölməyini görməsin. Qayıdanda görüb ki, uşaq ölməyib, hərəkət edir. Daha sonra yastığı ağzına basıb öldürüb”.

Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O azyaşlının yeməyinə zəhər qatıb. Uşağın ölməsi üçün evdən çıxıb gedib. Nərgiz Bağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də ölmədiyini görüb. Bundan sonra o, onu boğaraq öldürüb.

Qeyd edək ki, N.Bağıyeva uşaq evində böyüyb. O, qətlə yetirməkdə təqsirkar bilindiyi oğlunu Ziya adlı şəxsdən nigahdan dünyaya gətirib. 

Daha ətraflı suşetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az