“Baku TV” peyk yayımına başlayıb

23:00 - 30 Oktyabr 2023

“Baku TV” peyk yayımına başlayıb

2018-ci ildə təsis edilmiş “Baku TV” kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi məlumat yayıb.

Xatırladaq ki, ölkəmizin əksər telekanalları, o cümlədən “AzTV”, “CBC Sport”, “CBC Azerbaijan”, “İdman Azərbaycan”, “İctimai”, ATV, “Real TV”, “Space TV”, “MTV Azerbaijan” 2013-ci ildə orbitə buraxılmış “Azerspace-1” telekommunikasiya peyki vasitəsi ilə yayımlanmaqdadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az